Nicat Kazımov

aktyor

Personal Info

  • Doğum tarixi: 17.06.1972

Biography

Nicat Mirəziz oğlu Kazımov Şabranda (Dəvəçi) anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində (1991-1996, Əliabbas Qədirovun kursu) və Norveçin Psixologiya Universitetinin Bakı filialında təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Bəxtiyar Xanızadənin Pantomim Studiyasında aktyor kimi çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərir.

Polşa istehsalı olan “Qağayı” filmində çəkilib. Reklam və kliplərdə çəkilib, televiziya verilişlərində aparıcılıq edib.

Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub (2018). Əməkdar artistdir (2013).

 

 

x