Nazim Rzayev

dirijor

Personal Info

  • Doğum tarixi: 02.02.1925
  • Vəfat tarixi: 02.05.2006

Biography

Nazim Əsədulla oğlu Rzayev Bakıda anadan olub. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Skripka üzrə təhsil alıb (1951). Azərbaycan Dövlət Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb (1958). Daha sonra burada fəaliyyətini dirijor kimi davam etdirib (1958-1960). Moskvada Böyuk Teatrda təcrübə keçib (1960-1963). 1964-cü ildə Dövlət Teleradio Komitəsinin nəzdində yeni yaradılmış kamera orkestrinə bədii rəhbər təyin olunub. 1978-ci ildə Q.Qarayev adına Dövlət Kamera Orkestrinə rəhbərlik etməyə başlayıb. Uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında, 1992-ci ildən etibarən isə Türkiyənin müxtəlif kollektivlərində və təhsil ocaqlarında çalışıb. SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985), Əməkdar artist (1958), Xalq artisti (1977) Nazim Rzayev 2006-cı ildə Türkiyədə vəfat edib.

 

x