Nazim Mirişli

bəstəkar

Personal Info

  • Doğum tarixi: 06.03.1962

Biography

Nazim Ramiz oğlu Mirişli Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində (1969-1980), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq ixtisasında (1980-1985, Cövdət Hacıyevin sinfi) təhsil alıb.

Asəf Zeynallı adına Musiqi Kollecində (1985-1995), Türkiyənin Erciyes Universitetində (1995-2001) dərs deyib. 2001-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müəllimi, dosentdir (2007).

Əsərləri arasında Kamera orkestri üçün 4 pyes (1994), Piano üçün 7 pyes silsiləsi (1993–1997), Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998), Xor və simfonik orkestr üçün “Erciyez” Odası (1999) var. “Kamança məktəbi” adlı dərs vəsaiti (2008), “Vaqif Mustafazadə” (2014) adlı kitabı nəşr olunub. Əməkdar incəsənət xadimidir  (2012).

Bəstəkar Nazim Mirişli bəstəkar Ramiz Mirişlinin oğludur.

 

x