Nazim Məmmədov

rejissor, rəssam

Personal Info

  • Doğum tarixi: 03.07.1934
  • Vəfat tarixi: 29.10.2004

Biography

Nazim Dadaş oğlu Məmmədov Bakıda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində (1957), Moskvada “Soyuzmultfilm”də rəssam-multplikator kurslarında (1961) təhsil alıb. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator kimi çalışıb. Azərbaycanda animasiya janrının inkişafında xidmətləri olub. Uşaq kitab illüstrasiyası, dəzgah rəssamlığı ilə məşğul olub. 400-dən artıq uşaq kitabına illüstrasiyalar çəkib. Nazim Məmmədov 2004-cü ildə vəfat edib.

 

 

x