Nazim Hüseynov

prodüser

Personal Info

  • Doğum tarixi: 08.09.1966

Biography

Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında  Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. “215 KL” Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992-1997, 1999-2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997-1999), “Salnamə” Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən “Salnaməfilm” studiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin  prodüseridir.

 

x