Nazim Ağayev

aktyor

Personal Info

  • Doğum tarixi: 02.01.1939
  • Vəfat tarixi: 24.04.2018

Biography

Nazim Maşallah oğlu Ağayev Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili komediya fakültəsində təhsil alıb (1962-1967). 1965-ci ildən Dövlət Televiziya və Radio Komitəsində xor artisti kimi fəaliyyət göstərib. Xalq çalğı alətləri orkestrinin solisti, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti (1967-ci ildən), “Azkonsert” Dövlət konsert-qastrol birliyinin solisti (1978-ci ildən) olub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Əməkdar artist (2009) Nazim Ağayev 2018-ci ildə vəfat edib.

 

x