Natiq Fərzəliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 01.02.1962

Biography

Natiq Aslan oğlu Fərzəliyev (Natiq Aslan) Yevlaxda anadan olub. 5-ci sinifdən Bəşir Səfəroğlu adına Xalq Teatrına üzv olub, Pionerlər evinə gedib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif fakültəsində təhsil alıb (1982-1987). Arif Ağayevin Meydan Teatrında (1988), Rəşid Nəsiboğlunun “İrs” folklor ansamblında, Nadir Əsgərovun, Eldəniz Zeynalovun özəl teatr studiyalarında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1992-1993), Azərbaycan Dövlət Gənclər Teatrında (1994-2009) çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

 

x