Namis Şirməmmədov

aktyor

Personal Info

  • Doğum tarixi: 03.04.1962

Biography

Namis Xanmirzə oğlu Şirməmmədov Ağsuda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1979-1983). 1983-cü ildə təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Həsənağa Turabovun dəvəti ilə bir müddət Akademik Milli Dram Teatırında fəaliyyət göstərib (1989-1997). 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına qayıdıb. 2008-ci ildən teatrın rejissorudur.

İki kitabın (“Yuxumla üz-üzə” və “Üz-üzə, göz-gözə, söz-sözə”) müəllifidir. Naxçıvan Muxtar Respublikasında oynanılan “Xilaskar” əsərində (A.Babayev) Respublikada ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev obrazını canlandırıb.

Xarici kinematoqrafçılarının istehsalı olan “Son monoloq” (Rusiya) filmində müstəntiq, “Sui-qəsd” (2004 / Rusiya) serialında Həsən, “SSRİ-də doğulmuş” (2007 / Rusiya) serialında Heydər Əliyev rollarını ifa edib. Əməkdar artist (2008), “Tərəqqi” medalı laureatıdır (2013).

 

 

 

 

x