Namiq Ağayev

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 20.06.1962

Biography

Namiq Firudin oğlu Ağayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram rejissoru fakültəsində təhsil alıb (1979-1984). Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor assistenti və rejissor (1979-1987), Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor (1987-1993), Space TV-də Yaradıcılıq Emalatxanasının rəhbəri (2002-2007), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıq üzrə rəssam (2009-2010), Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rejissor (2010) olub. 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatrlarında tamaşalara quruluş verib. 2007-ci ildən Azərbaycan televiziyasında rejissor vəzifəsində çalışıb.

“Bu dünyanı nağıl bilək” klipinə görə “Humay” mükafatına (2002), “Axınla aşağı” filminə görə “Ən yaxşı aktyor” nominasiyasında (2015), “Ol” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında (2018) “Qızıl Pəri” Mükafatlarına layiq görülüb.

Rejissor Namiq Ağayev yazıçı Firudin Ağayevin oğludur.

Rejissor Namiq Ağayev aktrisa Rumiyyə Ağayevanın atasıdır.

Rejissor Namiq Ağayev aktrisa Vüsalə Ağayevanın həyat yoldaşıdır.

 

x