Nadir Əliyev

prodüser

Personal Info

  • Doğum tarixi: 05.08.1952

Biography

Nadir Məmmədağa oğlu Əliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktorluğu üzrə təhsil alıb. Uzun müddətdir “Azərbaycanfilm” kinostudiyasında çalışır.

Xarici film istehsalçılarının “Qafqaz rəsmləri” (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, “Sovet dövrünün parkı” (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb.

Əməkdar mədəniyyət işçisidir (2005).

 

x