Nadejda İsmayılova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 14.01.1938

Biography

Nadejda Vasilyevna İsmayılova Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1962), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari və kinoşünas fakültəsində (1974) təhsil alıb. Azərbaycan televiziyasında (1959-1975, 1987-1996), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (1985-1987), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor müavini vəzifəsində (1975-1984) çalışıb. “Dalğa”, “Həftə+”, “TV Kuryer” televiziya publisistik proqramların müəllifi və aparıcısı olub. “Qızıl Qələm” mükafatçısı (1988), əməkdar jurnalistdir (1990).

Ssenarist Nadejda İsmayılova rejissor, operator Rasim İsmayılovun həyat yoldaşı olub.

 

x