Nəzakət Qazıyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 12.03.1939

Biography

Nəzakət Əli-Hüseyn qızı Qazıyeva (Nəzakət Hüseynova) Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun Kino və teatr aktyoru ixtisasında (1956-1960, Mehdi Məmmədovun kursu), Sankt Peterburq Teatr, Kino, və Musiqi Sənəti İnstitutunda Rejissorluq kursunda (1984, G.Tovstonoqovun kursu), Moskva Teatr Sənəti İnstitutunda təkmilləşmə kursunda (1987) təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışıb (1957-1962). 1962-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olub. 30-dan çox elmi-tədqiqatı işləri, rejissorluq və aktyor sənəti üzrə proqramlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazıb. Professordur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının üzvü, Bədii Şuranın sədri, çoxsaylı dövlət tədbirlərinin rejissoru olub.

Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva rejissor Arif Qazıyevin həyat yoldaşıdır.

 

x