Nəsimi Məmmədoğlu

rejissor

Personal Info

  • Doğum tarixi: 26.08.1973

Biography

Nəsimi Məmmədoğlu (Nəsimi Əliyev Məmməd oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb (1996-2000). Əmək fəaliyyətinə 1990-cı ildən Azərbaycan televiziyasında rejissor köməkçisi kimi başlayıb. Lider televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib (2001-2007). 2007-ci ildən İctimai televiziyanın əməkdaşıdır. Polşalı rejissor Kşiştov Zanussinin rəhbərliyi altında keçirilən İsveçrənin “AVANTİ” layihəsində işttirak edib və bu layihənin sənədli filmlər bölməsinin qalibi olub (2004-2006). Müxtəlif beynəlxalq festivalların qalibidir. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və QN Uşaq Kino Məktəbində dərs deyib. “Tərəqqi” medalı ilə təltif olunub (2020).

 

x