Nəriman Məmmədov

prodüser

Personal Info

  • Doğum tarixi: 10.07.1969

Biography

Nəriman Kamil oğlu Məmmədov Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və siyasi təhsili var. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 2005-ci ildən Azərbaycan Respublikası Beynəlxalq Ticari Arbitraj Məhkəməsinin arbitrıdır. 1993-cü ildə “Nəriman İnterservis” firmasını təsis edib (2005-ci ildən “Nərimanfilm”). Cənubi Qafqaz Müstəqil Kino xadimləri Transmilli Assosiasiyasının təsisçilərindən biri (2005-ci ildən), idarə heyətinin sədri, Azərbaycan Prodüserlər Gildiyasının sədr müavini (2012-ci ildən), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisidir (2019). “Nərimanfilm” kinostudiyasınn direktorudur. Azərbaycanda çəkilmiş Hindistan istehsalı olan bir çox filmin xətt prodüseridir. Əməkdar mədəniyyət işçisidir (2018).

Prodüser Nəriman Məmmədov rejissor İlqar Safatın qardaşıdır.

 

x