Nəriman Əbdülrəhmanlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 03.06.1958

Biography

Nəriman Hacı oğlu Əbdülrəhmanlı Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində (1980), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda (1983) təhsil alıb. 1980-ci ildən “Daşkəsən” və “Sovet Gürcüstanı” qəzetlərində, “Kino” qəzeti və “Yeni filmlər” jurnalı redaksiyasında, “Yaddaş” sənədli filmlər studiyasında, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafiə Nazirliyinin tele-kino studiyasında və “Hərbi bilik” jurnalında, Lider televiziyasında, “Ulduz” jurnalında, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışır. Bədii yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. Hekayə və povestləri, romanları işıq üzü görüb. Folklor araşdırmaları aparmaqla bərabər bir çox aşıq və yazıçıların yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibatçısı və redaktoru olub. Bədii tərcüməylə məşğuldur, dünya ədəbiyyatından tərcümələri işıq üzü görüb. “Аzərbaycan kino sənəti tarixi” (4 cilddə) kitabı nəşrə hazırlanır. Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatına layiq görülüb (2018).

 

x