Nərgiz Kərimova

aktrisa

Personal Info

  • Doğum tarixi: 13.08.1970

Biography

Nərgiz Faiq qızı Kərimova Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində (1977-1988), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfində (1988-1992) təhsil alıb. Bəstəkarlar İttifaqı adından keçirilən Musiqi Festivalının (1988), “Qızıl payıl-89” Respublika müsaqibəsinin (1989), “Yeni adlar” III Ümumittifaq müsabiqəsinin (1990, Moskva) laureatı olub. M.Qlinki adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə Fəxri fərmanla təltif olunub (1991, Alma Ata). 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 2002-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrına aktyor vəzifəsinə qəbul edilib. Əməkdar artistdir (2012).

Müğənni, aktrisa Nərgiz Kərimova teatr rejissoru, aktyor Faiq Zöhrabovun qızıdır.

 

x