Muxtar Maniyev

aktyor

Personal Info

  • Doğum tarixi: 04.04.1935
  • Vəfat tarixi: 22.12.2016

Biography

Muxtar Qəmbər oğlu Maniyev Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Kimya İnstitutunda, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Radio və Televiziya Verilişləri Komitəsində rejissor (1962-1972), “Azərbaycanfilm” kinostudiyasında aktyor (1972-ci ildən) işləyib. Ömrünün son illərində “Sönməyən ulduzlar” Assosiasiyasında fəaliyyət göstərib. Xarici kinematoqrafçıların istehsalı olan “Dünyəvi oğlan” (1971, rejissor Yuri Dubrovin / Belarus) filmində Kadorezi rolunda çəkilib. Əməkdar artist (1982), Xalq artisti (2000) Muxtar Maniyev 2016-cı ildə vəfat edib.

 

 

x