Muxtar Dadaşov

rejissor, təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 11.09.1913
  • Vəfat tarixi: 07.05.1998

Biography

Muxtar Baba oğlu Dadaşov Bakıda anadan olub. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxıb, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda tamaşalarda kiçik rollar oynayıb. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə təyin olunub. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edib. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib. İkinci Dünya Müharibəsi illərində operator kimi cəbhəyə yollanıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb (1977-1983).

“Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq Festivalda qızıl medala, “Nəriman Nərimanov” filmi isə Tiflisdə xüsusi mükafata layiq görülüb. Kann Beynəlxalq Kino Festivalında mükafat qazanan ilk Azərbaycan rejissorudur. “Sovet Azərbaycanı” filmi Kann Festivalında (1951) xüsusi mükafata layiq görülüb. Tacikistan istehsalı olan “Canlı ilah” (1934, rejissorlar Dmitri Vasilyev, Mixail Verner) filmində Əbdürəhim rolunda çəkilib.

Dövlət mükafatı laureatı (1980), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Muxtar Dadaşov 1998-ci ildə vəfat edib.

 

x