Müxlis Cənizadə

aktyor

Personal Info

  • Doğum tarixi: 26.11.1928
  • Vəfat tarixi: 10.12.1972

Biography

Müxlis Mirsabir oğlu Cənizadə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Dövlət Teatr İnstitutunda (Kazım Ziyanın kursu) təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi də tanınıb. 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib. İnstitutun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda ifasında bədii qiraət nümunələri saxlanılır.

Xarici film istehsalçılarının “Namus uğrunda” (1956, rejissor Artaşes Ay-Artyan / Ermənistan) filmində, “Sonuncu düym” (1958, rejissor Teodor Vulfoviç, Nikita Kurixin) filmində mexanik rolunda çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə vəfat edib.

 

x