Mütəllim Həsənov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 08.08.1978

Biography

Mütəllim Əvəz oğlu Həsənov Bakıda anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb (1995-1999). Lider TV-də səhər verilişində aparıcı və müxbir, “Auksion”, “24 şou”, “Maşın şou” verilişlərinin əməkdaşı (2001-2004), Lider Radioda “Radio Liderin səhər şousu” verilişində aparıcı və baş redaktor (2004-2008), “ArtLab advertising”də kopirayter (2010-2013), “Parlaq zəka” verilişində rejissor, ssenarist, prodüser (2013-2017, AzTV) olaraq çalışıb.

2008-ci ildən “Parni iz Baku” productionın aktyor və ssenaristi, “OMD Media Group Azerbaijan”ın ofis meneceri, “Fresh Creative Agency”nin kreativ direktorudur (2016-cı ildən).

Gilan, Bakcell, Nar, McDonalds, İdeal cosmetics, Azercell və digər şirkətlər üçün reklam layihələri üzərində çalışıb.

 

x