Mustafa Mərdanov

aktyor

Personal Info

  • Doğum tarixi: 28.02.1894
  • Vəfat tarixi: 12.12.1968

Biography

Mustafa Həşim oğlu Mərdanov Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Tiflisə köçüb, 1924-cü ilə qədər orada yaşayıb. Tiflis Oğlanlar Gimnaziyasında (1916), Moskva Dövlət Teatr Sənəti İnstitutunda (1922-1924, GİTİS) təhsil alıb. İlk dəfə 1909-cu ildə Zubalov adına Xalq teatrında müsəlman dram dərnəyi tərəfindən qoyulan tamaşalarda səhnəyə çıxıb. İkinci dəfə “Xor-xor” tamaşasında Seyfulla rolunda çıxış edib. Onu Tiflis Azərbaycan Teatrına dəvət ediblər. 1910-cu ildən Tiflis Azərbaycan Teatrının tamaşalarında iştirak etməyə başlayıb. Tiflis Azərbaycan Teatrının direktoru olub (1921-1922). 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

Bakı şəhər radio yayım studiyasının yarandığı ilk günlərdən bu təşkilatla əməkdaşlıq edib. Əvvəlcə rejissor, daha sonra mətn oxucusu və radio teatrı ifaçısı kimi fəaliyyət göstərib.

Teatr Xadimləri İttifaqının sədri (1962-1968) olub.

Xarici film istehsalçılarının çəkdiyi “Abrek Zaur” (1926, 1938, rejissor Boris Mixin / Rusiya) filmində pristav rolunda çəkilib.

“50 il Azərbaycan səhnəsində xatirələrim” (1959), “Mənim müasirlərim” (1973) adlı kitabları nəşr olunub.

Əməkdar artist (1935), Xalq artisti (1943) Mustafa Mərdanov 1968-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Aktyor Mustafa Mərdanov rejissor Səməd Mərdanovun qardaşıdır.

 

x