Müşfiq Hətəmov

prodüser

Personal Info

  • Doğum tarixi: 06.05.1969

Biography

Müşfiq Mürşüd oğlu Hətəmov Ağdamda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb (1986-1992).

Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda rejissor və aktyor sənəti fənnini tədris edib (1992-2012). 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert proqramlarının, reklam kampaniyalarının rəhbəri, filmlərin prodüseri, televiziya layihələrinin müəllifi olub. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor (2002-2006), Filmlərin dövlət reyestri sektorunun müdiri (2006-2010), Kinematoqrafiya şöbəsinin müdir müavini (2010-2011), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (2011-2019) vəzifələrində çalışıb.

“Humay” Milli Mükafatına (2014), “Ən yaxşı prodüser” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. Əməkdar incəsənət xadimidir (2016).

 

x