Müsəllim Həsənov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 22.12.1958

Biography

Müsəllim Qaman oğlu Həsənov Şəmkirin Şiştəpə kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). “Azərnəşr”də (1985-1989), “Yeni Fikir” qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini (1989-1992), “Müstəqil qəzet”də (1992-1996), “Panorama” qəzetində şöbə müdiri (1997), Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri (1997-2000), “Bizim Əsr” qəzetində şöbə müdiri, “Lider” televiziyasında redaktor (2002-2008), İctimai televiziyada redaktor (2010-2013) vəzifəsində çalışıb. 2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur. Ali Media Mükafatı laureatı, Əməkdar mədəniyyət işçisidir (2018).

 

x