Murad Muradov

rejissor

Personal Info

  • Doğum tarixi: 24.06.1984

Biography

Murad Ələkbər oğlu Muradov Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasının rejissorluq fakültəsində (1991-2001, Ənvər Əbluc və Gülbəniz Əzimzadənin sinfi), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (2001-2005, Rasim İsmayılovun kursu), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində kinorejissorluq fakültəsində (2007-2012) təhsil alıb. Gimnaziyada oxuduğu müddətdə Uşaq yaradıcılıq studiyasında sənədli və bədii filmlər çəkib. Lider TV-də rejissor assistenti (2005), Azərbaycan televiziyasında (2011), ANS TV-də (2012-2013), Kultura Plus TV-də (2014) rejissor olaraq çalışıb. Müxtəlif mükafatlara və “Gənclər mükafatı”na (2007) layiq görülüb. Respublika İncəsənət Gimnaziyasında kinorejissorluq şöbəsində kinorejissor fənnindən dərs deyib.

Rejissor Murad Muradov rejissor, operator Ələkbər Muradovun oğludur.

 

x