Murad Barat oğlu Abdullayev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr kollektivi rejissoru fakültəsində təhsil alıb (1997-2001). 2006-cı ildən aktyor-kaskadyor kimi çalışır.
Xarici film istehsalçılarının “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında kaskadyor, “Pianoçu” (2018, rejissor Zaza Çiçinadze / ABŞ, Gürcüstan) filmində aktyor və kaskadyor kimi çəkilib.