Möhsün Sənani

aktyor

Personal Info

  • Doğum tarixi: 19.06.1900
  • Vəfat tarixi: 11.02.1981

Biography

Möhsün Sadıq oğlu Sənani (Möhsün Cəfərov) Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa başlayıb. 1908-ci ildə nənəsi də dünyasını dəyişib və o, xalası Zinyətin evinə gəlib. Xalq artisti Əli Qurbanovun anası olan Zinyət xanım da çox kasıb dolandığından Möhsün 1909-cu ildən Şeytanbazarda gündəlik çörəkpulu qazanmaq üçün ağır işlərin qulpundan yapışırdı. 1911-ci ildə Məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında “Qasım  otağı”  epizodunda  çıxış  edib. “Hicaz” muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılıb. Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edir. Səhnə fəaliyyətinə 1915-ci ildə Tiflis Müsəlman Teatr truppasında başlayıb, Tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalarda  iştirak  edib (1915-1919). 1919-cu ildə Bakıya gəlib. Bir müddət həvəskar aktyor kimi çıxış edib. 1921-ci ildən Azərbaycan Milli Dram Teatrında  işləməklə yanaşı, Bakı Türk İşçi Teatrında hazırlanan tamaşalarda da oynayıb (1927-1930). Qumuq teatrının yaranmasında xidmətləri olub.

Rusya istehsalı olan “Ulduz” filmində (1949, rejissor Aleksandr İvanov) polkovnik Əbiyev rolunda çəkilib.

Əməkdar artist (1943), Xalq artisti (1949) Möhsün Sənani 1981-ci ildə vəfat edib.

 

x