Mobil Əhmədov

aktyor, musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 10.09.1931
  • Vəfat tarixi: 03.06.2006

Biography

Mobil Salman oğlu Əhmədov Gəncədə anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib (Bülbülün sinfi). 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb, Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə sintez etməyin bünövrəsini qoyanlardan biridir. Əməkdar artist (1978), Xalq artisti (2000) Mobil Əhmədov 2006-cı ildə vəfat edib, Gəncədə dəfn olunub.

 

x