Mirzə Ağabəyli

aktyor

Personal Info

  • Doğum tarixi: 29.08.1950

Biography

Mirzə Qasım oğlu Ağabəyli (Mirzə Ağayev / Mirzə Ağabəyov) Bakının Buzovna qəsəbəsində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1975). 1975-ci ildə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləməyə başlayıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki “Tədris” teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində olan “Bəri-Bax” kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə “Sınaq film” prodüser mərkəzində koordinator vəzifəsində çalışıb. 2008-ci ildə yenidən Akademik Milli Dram Teatırına dəvət olunub. Əməkdar artistdir (2009).

 

 

x