Mirvarid Dilbazi

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 19.08.1912
  • Vəfat tarixi: 12.07.2001

Biography

Mirvarid Paşa qızı Dilbazi Qazaxın Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Azərbaycan Pedaqоji İnstitutunun dil və ədəbiyyat-ictimayyət fakültəsində təhsil alıb (1929). Bir müddət Bakıda və Quba Partiya Məktəbində müəllimlik edib. Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fоndunda şöbə müdiri (1934-1938), “Azərnəşr”də tərcüməçi оlub (1938-1940). 1940-cı ildən yaradıcılıqla fəal məşğul оlmağa başlayıb. “Qadınların hürriyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilib. “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə işıq üzü görüb. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının, “Döyüş mahnıları”, “Muğanın səhəri”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” kitablarının müəllifidir. Evripid, Nəvai, Nizami, Lev Tоlstоy və başqa sənətkarların əsərlərindən nümunələr tərcümə edib. Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli (1997) Mirvarid Dilbazi 2001-ci ildə vəfat edib.

 

x