Mirseyfəddin Kirmanşahlı

aktyor

Personal Info

  • Doğum tarixi: 07.01.1892
  • Vəfat tarixi: ??.??.1933

Biography

Mirseyfəddin Kirmanşahlı (Mir Seyfəddin Kirmanşahlı) Tehran yaxınlığındakı Kirmanşahda anadan olub, 1908-ci ildə Tiflisə köçüb. Teatr təhsilini Tiflisdə və Moskva Teatr Texnikumunda alıb. Yaradıcılığının əsas dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Оrada “Aydın”, “Hacı Qəmbər”, “Hamlet” və başqa pyesləri tamaşaya qоyub, özü də baş rоllarda çıхış edib. 1920-ci illərdə Bakı Azad Tənqid-Təbliğ Teatrında, Azərbaycan Dram Teatrında aktyоr və rejissоr kimi fəaliyyət göstərib. Bakı Teatr Teхnikumunda dərs deyib. 1930-cu ildə İrana köçərək Təbrizdə və Tehranda teatr truppalarına rəhbərlik edib. Mirseyfəddin Kirmanşahlı siyasi əqidəsinə görə təqib оlunduğundan 1933-cü ildə 41 yaşında intihar edib.

 

 

 

x