Mirsalam Mirsalamov

prodüser

Personal Info

  • Doğum tarixi: 28.08.1984

Biography

Mirsalam Ağasəlim oğlu Mirsalamov Bakıda anadan olub. Azərbaycan Maliyyə-İqtisad Kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Mədəniyyətin meneceri ixtisasında təhsil alıb. Uzun müddət müxtəlif televiziyalarda prodüser vəzifəsini yerinə yetirib. Space TV-də rejissor assistenti, administrator, prodüser, rejissor (1999-2007), ATV-də icraçı prodüser, baş prodüser, aparıcı (2006-2012), Grand MMC-nin baş direktoru (2012-2013) olub. “Süfrəmiz” və ”Canlı səs” telelayihələrinin aparıcısı, “TV-yə giriş qadağandır”, “İdeal milli yumor”, “Nataşa tı prişol”, “Nataşa mı prişla” KVN konsertlərinin icraçı prodüseri kimi çalışıb. McDonalds, Bravo, İcbari Tibbi Sığorta, Azercell kimi şirkətlərin reklam çarxlarının rejissoru olub. 2013-cü ildən “Planet Parni iz Baku” studiyasının prodüseri və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru vəzifəsində çalışıb. 2019-cu ildən ATV-də “Anons və Dizayn Qrupu”nun rəhbəridir.

x