Mirmahmud Kazımovski

aktyor

Personal Info

  • Doğum tarixi: 27.02.1882
  • Vəfat tarixi: 01.12.1940

Biography

Mirmahmud Mirələkbər oğlu Kazımovski Bakının Bilgəh kəndində anadan olub. Həbib bəy Mahmudbəyovun üçsiniflik rus-tatar məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə Cahangir Zeynalovun “Ev teatrı”nda başlayıb, sonralar “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çalışıb. Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1921-ci ildə Dərbənddə teatr yaradılmasında iştirak edib. Azərbaycanın ilk peşəkar aktyorlarındandır. Qadınlardan ibarət aktyor heyəti olmadığı bir zamanda qadın rollarında da çıxış edib. Bir çox tamaşaların rejissoru olub. Bir neçə pyes və vodevil yazıb (“Molla Cəbi”, “Daşım-daşım”, “Vurhavur”). Bir müddət rus dili, rəsm, nəğmə, hesab dərsləri deməklə yanaşı, həm də məktəblərdə idman dərsi aparıb. Azərbaycanda idmana aid ilk dərsliyin müəllifidir. Dərsliyin 200-ə yaxın şəkilini də özü çəkib. Əməkdar artist (1938) Mirmahmud Kazımovski 1940-cı ildə vəfat edib.

Aktyor Mirmahmud Kazımovski rejissor Rauf Kazımovskinin atasıdır.

 

 

 

x