Mikayıl Mirzə

aktyor

Personal Info

  • Doğum tarixi: 01.01.1947
  • Vəfat tarixi: 03.06.2006

Biography

Mikayıl Mirzə (Mikayıl Mirzəyev Şahvələd oğlu) Şamaxının Talış kəndində (indiki Ağsu rayonu) anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1965-1969). Səhnə danışığı kafedrasında müəllimliklə yanaşı bir müddət Tədris Teatrında aktyor işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) Akademik Milli Dram Teatrında çalışıb. Bakı Mədəni Maarif Texnikumunun direktoru olub (1992-1995).

Xarici film istehsalçıların çəkdiyi “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində çəkilib.

Gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru olub. İki dəfə Milli Məclisə deputat seçilib. Əməkdar artist (1987), Xalq artisti (1991) Mikayıl Mirzə 2006-cı ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

x