Mehriban Xanlarova

aktrisa

Personal Info

  • Doğum tarixi: 12.08.1967

Biography

Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1986-1990, Məlik Dadaşovun kursu). Orta məktəbi bitirdikdən sonra bir müddət uşaq oyuncağı fabrikində işləyib (1984-1986). 1998-ci ildən Akademik Milli Dram Teatrında çalışır. TV kanallarında aparıcılıq edib.

Xarici film istehsalçılarının “Bizim məhəllə” (2000 / Türkiyə) serialında Seda rolunda, “Cinlər və pərilər” (2000 / Türkiyə) serialında Leyla rolunda, “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi / İran) filmində, “Raami” (2007, rejissor Babək Şirinsifət / İran) filmində çəkilib. Əməkdar artistdir (2002).

 

 

x