Mehriban Ələkbərzadə

rejissor

Personal Info

  • Doğum tarixi: 05.08.1965

Biography

Mehriban Zaur qızı Ələkbərzadə (Mehriban Ələkbərova) Gəncədə anadan olub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb. Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib (1982-1983). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1983-1988, Mehdi Məmmədovun kursu). Tələbəlik illərində Tədris Teatrında Tennessi Uilyamsın “Sökülən yurd”, Eduardo de Filipponun “Silindr” pyeslərini tamaşaya hazırlayıb. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib (1988-1990). 1991-ci ildə Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. “Space” TV-də rejissoru, müəllif-aparıcısı olduğu “Dünən, bu gün, sabah”, “Telebenefis”, “Fövqəl dünya və mən” bədii kompozisiyaları, silsilə proqramları yayımlanıb. 2017-ci ildən Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru olaraq çalışıb. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2013), “Qızl çıraq”, “Şərq-Qərb”, “Humay”, “Qızıl Dərviş”, “Yusif Məmmədəliyev” mükafatları laureatıdır. AMEA-nın “Yeni tarix” şöbəsinin elmi işçisidir. “Tarixin bir günü və ya bir günün tarixi” adlı kitabı nəşr olunub (2005).

 

x