Mariya İbrahimova

rejissor, prodüser

Personal Info

  • Doğum tarixi: 07.01.1976

Biography

Mariya İbrahimova (Maria Yatskova-Ibrahimova) Moskvada anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Nyu-York şəhərinə köçüb. Brüssel Universitetində təhsil alıb. Azərbaycanlı Emin İbrahimovla ailə qurduqdan sonra Azərbaycana köçüb. Rusiyada çəkdiyi və məhbus rus qadınlarının taleyinə həsr olunmuş “Miss Qulaq” (2007) sənədli filmi beynəlxalq festivalların mükafatlarına layiq görülüb. ABŞ Dövlət Departamentinin Fulbright mükafatı ilə təltif edilib və onun dəstəyi ilə ANAMA-nın (Ərazilərin Minalardan Təmizlənməsi Üzrə Azərbaycan Milli Agentliyi) fəaliyyətinə həsr olunmuş layihə həyata keçirib. Avropa Oyunları üçün “Road to Baku” silsiləsindən 10 turizm çarxı hazırlayıb. Reklam və turizm filmləri üzrə də çoxsaylı çarxların müəllifidir. Qadın rejissorlar üçün “Women in motion” layihəsini həyata keçirir. Cinex Production-ın rəhbəridir.

 

 

 

x