Mahirə Cəfərova

rejissor

Personal Info

  • Doğum tarixi: 25.01.1967

Biography

Mahirə Cəfərova Sumqayıt şəhərində anadan olub. Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Fortepiano fakültəsində (1982-1986), Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Fortepiano şöbəsində (1986-1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (1991-1996) təhsil alıb. 1998-ci ildə “Mir” Dövlətlərarası Teleradio şirkətində rejissor assistenti, rejissor işləyib. Burada işlədiyi illərdə “Фонд друзья культуры Азербайджана”, “Талышский этнос”, “Скальпель и перо”, ”11 эпитетов Расима Оджагова”, ”Писатель”, ”Живой классик”, ”Лицо без грима”, ”Məhəbbət və musiqi”, ”Ceyhun musiqisi”, ”Güllər aləmində”, ”Mübariz”və s. sənədli filmlərin rejissoru olub. 2002-2004-cü illərdə “Lider” televiziyasında rejissor işləyib, “Bizim muzey” və “Caz time” verilişlərinin rejissoru olub. 2007-2015-ci illərdə AzTV-də musiqi redaksiyasında rejissor işləyib. 2015-2019-cu illərdə İctimai televiziyada quruluşçu rejissor işləyib, “Caz saatı” və “Soundtracks” verilişlərinin müəllifi və rejissoru olub. Burada çəkilən “Ömrün rəngləri” (Tofiq Bakıxanov), “Nur adımdı işıq andım” (Paşa Qəlbinur) sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2003-2012). Hazırda Azərbaycan televiziyasında çalışır.

 

x