Mərkəz Qacar

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 14.02.1948
  • Vəfat tarixi: 04.11.2013

Biography

Mərkəz Mikayıl oğlu Qacar (Mərkəz Quliyev) Füzulidə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1976-cı ildən prokurorluq orqanlarında çalışıb, Yardımlı və Salyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. 30-dan artıq kitabı çap olunub. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilib. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilib. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub. “Araz” Ali ədəbi və “Qızıl Qələm” yaradıcılıq mükafatları laureatı Mərkəz Qacar 2013-cü ildə vəfat edib.

 

x