Mərahim Fərzəlibəyov

rejissor

Personal Info

  • Doğum tarixi: 26.06.1949

Biography

Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda anadan olub. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət  sarayında  pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975, Georgi Tovstonoqovun kursu). Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında Maykl Stüartın və bəstəkar Cevri Germanın “Hello Doli” müzikl–operettasını tamaşaya hazırlayıb. Təyinatla Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında rejissor işləyib (1975-1977). Daha sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977-1981), Akademik Milli Dram Teatrında rejissor (1981-2006) kimi çalışıb. Bir müddət Akademik Milli Dram Teatrının baş rejissoru olub (2006-2012). 1980-ci illərin əvvəllərində “Azərbaycanfilm” kinostudiyasının nəzdində Kino-Aktyor Teatrı truppasında bir neçə tamaşaya quruluş verib. 2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur. Hazırda Akademik Milli Dram Teatrının rejissorudur. Əməkdar artist (1982), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2019).

 

x