Məqsəd Nur

yazıçı

Personal Info

  • Doğum tarixi: 08.08.1968

Biography

Məqsəd Nur Mingəçevirdə anadan olub. 1988-ci ildə “Mingəçevir işıqları” qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. Bir müddət (1989-1993) müxtəlif qəzetlərdə hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. Həftəlik “Press-fakt” qəzetinin qurucusu və baş redaktoru olub (1993-1998).

İlk ədəbi yazıları da bu qəzetdəki “Yarıqaranlıq” rubrikasında dərc edilib. 1993-cü ildə ədəbiyyatşünas Tehran Əlişanoğlu ilə birlikdə “YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzini və Azərbaycanda ilk anadilli ədəbiyyat saytını (www.yenisi.net) təsis edib. Bu, Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən ilk sayt və ədəbi müzəkirələri Azərbaycan dilində internet məkana çıxaran ilk ədəbiyyat forumu idi. “Tərs kimi” hekayələr toplusunun (2005) və “Şəhər Meri” (2011) romanının müəllifidir. İki əsəri – “Gəlmə” və “Vasiliy Daniloviçin Orkestri” hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib. Əsərləri Özbəkistan (Caxon edebiyyatı), Rusiya (Proza.ru), Türkiyə (Yeddi iklim), Gürcüstanda (Alternativa) dərc edilib. Əsərləinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Rusiyanın lib.ru saytının fəxri redaktoru seçilib, litsovet.ru portalının 7000-dən çox müəllifi sırasında reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ildə bu saytın “superonluq” adlı müsabiqəsində 7-ci yerə nail olub. Müəllifin ki əsəri –”Gəlmə” və “Vasili Daniloviçin Orkestri” hekayələri litsovet.ru-nun kitabxanasına daxil edilib.

Lider TV, ATV və Azərbaycan televiziyasında rəhbər vəzifələrdə çalışıb.

“Şəhər Meri” (2011) romanı Milli Kitab Mukafatının qalibidir (2011).

 

x