Məmmədsadıq Nuriyev

aktyor

Personal Info

  • Doğum tarixi: 05.03.1919
  • Vəfat tarixi: 22.03.1975

Biography

Məmmədsadıq Qafar oğlu Nuriyev Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. Bədəl bəy Bədəlbəyovun məktəbində, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin Aktyorluq fakültəsində (1935-1937) təhsil alıb. Teatr Məktəbində oxuyarkan birinci kursda Milli Dram Teatrının tamaşalarında çıxış edib. 1938-ci ildə rejissor Ağaəli Dadaşovun hazırladığı “Vətən namusu” (Georgi Mdivani) tamaşasında uşaq rolunu oynayıb. Məzun olduqdan sonra göndərişlə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib (1937-1946). Daha sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında (1946-1950), Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki musiqili komediya estrada ansamblında (1950-1956), Azərbaycan Dövlət Musiqili Teatrında (1956-1975), az müddət Milli Dram Teatrında çalışıb. Səhnə dostları arasında “Vücud” ləqəbi ilə tanınıb. Məmmədsadıq Nuriyev 1975-ci ildə vəfat edib.

Aktyor Məmmədsadıq Nuriyev aktyor Yaşar Nurinin atasıdır.

 

x