Məmməd Hüseynov

rəssam

Personal Info

  • Doğum tarixi: 08.02.1929
  • Vəfat tarixi: 20.01.2002

Biography

Məmməd Hüseynağa oğlu Hüseynov (Məmmədağa Hüseynov) Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1947-1949), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1949-1955) təhsil alıb. 1956-cı ildən ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi olub (1972-1977). Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Əməkdar rəssam (1976), Xalq rəssamı (2000) Məmməd Hüseynov 2002-ci ildə vəfat edib.

x