Məmmədəli Vəlixanlı

aktyor

Personal Info

  • Doğum tarixi: 13.03.1899
  • Vəfat tarixi: 12.04.1969

Biography

Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Məmmədəli Vəlixanov / Məmmədəli Heydərzadə) Bakının Fatmayı kəndində anadan olub. “Səfa” mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbdə təhsil aldığı dövrdə “Səfa”nın teatr truppasında əsas simalardan biri idi Cahangir Zeynalov quruluş verdiyi “Hacı Qara” (Mirzə Fətəli Axundzadə) komediyasının tamaşasında Bədəl rolunu ona tapşırıb (1912). 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında xorda oxuyan aktyor tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927-1930). Azərbaycan Musiqili Kоmediya Teatrının yaradıcılarından biri оlub. Əməkdar artist (1938), Xalq artisti (1949) Məmmədəli Vəlixanlı 1969-cu ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

 

x