Məhluqə Sadıqova

aktrisa

Personal Info

  • Doğum tarixi: 28.04.1917
  • Vəfat tarixi: 15.08.2003

Biography

Məhluqə Ələsgər qızı Sadıqova Şuşada anadan olub. 1930-cu ildə ailəsilə birlikdə Bakıya köçüb. Bakı Tibb Texnikumunun diş texniki fakültəsində təhsil alıb (1936). Tələbə ikən rəqs və dram dərnəklərində məşğul olub. 1936-cı ildə Akademik Milli Dram Teatrının truppasına götürülüb, ilk rolu “Şahnamə” əsərində Firuzə obrazı olub. 54 il bu teatrda çalışıb. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. 40 ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin ifaçılarından biri olub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib. Əməkdar artist (1949), Xalq artisti (1978) Məhluqə Sadıqova 2003-cü ildə vəfat edib.

 

x