Məhərrəm Haşımov

Personal Info

  • Doğum tarixi: 02.02.1912
  • Vəfat tarixi: 02.05.1969

Biography

Məhərrəm Kazım oğlu Haşımov Bakıda anadan olub.

A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1936, GİTİS).

Azərbaycan Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor (1928, 1944), direktor, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor (1948-1951, 1956-1960, 1966), Azərbaycan Opera və Balet Teatrında direktor (1951-1956), “Azərbaycanfilm” kinostudiyasının direktoru (1960-1965) olub. Eyni zamanda İncəsənət İşləri İdarəsinin rəisi olub.

Uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

“Ayaz”, “Xasay”, “Qaçaqlar”, “Aydın”, “Oqtay Eloğlu”, “Xəzər üzərində şəfəq”, “Maskarad”, “Milyonçu qadın”, “Ənənəvi toplantı”, “Damokl qılıncı” və digər tamaşalara quruluş verib.

Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1954), SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı (1961, 1968) Məhərrəm Haşımov 1969-cu ildə vəfat edib.

 

x