Məhərrəm Bədirzadə

rejissor

Personal Info

  • Doğum tarixi: 13.01.1945
  • Vəfat tarixi: 08.04.2021

Biography

Məhərrəm Əlisəftər oğlu Bədirzadə Bakıda anadan olub. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Ələsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına mədəniyyət sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1970, Mehdi Məmmədovun kursu). İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimi (2006) Məhərrəm Bədirzadə 2021-ci ildə vəfat edib.

 

 

 

x