Məbud Məhərrəmov

aktyor

Personal Info

  • Doğum tarixi: 12.03.1957

Biography

Məbud Ələsgər oğlu Məhərrəmov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1978). 1978-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. “Bakı payızı – 83” estrada müsabiqəsində estrada danışığı janrı üzrə I yerə layiq görülüb. Xarici film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Abram Arkadyeviç rolunda, “Studentı İnternational” (2006, rejissor Olqa Perunovskaya) serialında çəkilib. Əməkdar artist (2000), Xalq artistidir (2006).

 

x