Məmmədsadıq Allahverdi oğlu Allahverdiyev (Məmmədsaleh Allahverdiyev) Bakıda anadan olub. Bakı Texniki-Peşə Məktəbində (1931), Azərbaycan Pedaqoji İnstitutunda (1952) təhsil alıb. Əmək fəaliyyətinə 1931-ci ildə başlayıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında Dublyaj şöbəsinin rəisi, böyük redaktor, baş redaktor, tərcüməçi işləyib (1956-1980). 200-ə qədər sovet və xarici bədii filmləri Azərbaycan dilində tərcümə edib. Məmmədsadıq Allahverdiyev 1987-ci ildə vəfat edib.