Lyudmila Duxovnaya

aktrisa

Personal Info

  • Doğum tarixi: 23.10.1944

Biography

Lyudmila Semyonovna Duxovnaya Bakıda anadan olub. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyada (1963), M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1965). 1965-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

Xarici film istehsalçılarının “Sərgi” (1987, rejissorlar Andryus Şyuşa, Marionas Qedris / Litva) filmində qaraçı Lyana rolunda və “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya) filmində çəkilib.

“Apofiqey” tamaşaçı rəğbəti mükafatına (1994, 2001), Rusiyanın milli aktyor mükafatı olan Andrey Mironov adına “Fiqaro” mükafatına (2016), “Qızıl Dərviş” və “Humay” mükafatlarına layiq görülüb. Əməkdar artist (1976), Xalq artistidir (1991). “Şöhrət” ordeni ilə təltif edilib (2019).

Aktrisa Lyudmila Duxovnaya aktrisa Fatimə İbrahimbəyovanın anasıdır.

Aktrisa Lyudmila Duxovnaya rejissor, prodüser, ssenari müəllifi Rüstəm İbrahimbəyovun həyat yoldaşı olub.

x