Lütviyyə Səfərova

aktrisa

Personal Info

  • Doğum tarixi: 11.03.1941
  • Vəfat tarixi: 01.03.2010

Biography

Lütviyyə Şamil qızı Səfərova (Lütviyyə Dadaşzadə) Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət olunub. 1989-cu ildən Bakı Bələdiyyə Tənqid-Təbliğ Teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb. Lütviyyə Səfərova 2010-cu ildə vəfat edib.

 

x